11 aprel 2016 18:20
Millimiz Makedoniya yığması ilə qarşılaşacaq
Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, futbolçularımız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək. (AFFA)
