11 aprel 2016 16:40
Tino Peres: Hollandiyaya yenə qalib gəlmək istəyirik
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçiriləcək cavab pley-off matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Oyuna hazırıq. Mövsümün son oyunu olsa da, bizim üçün ən vacib görüşlərdən biridir. İlk oyunda 5:1 hesabıyla qalib gəlsək də, yenə qələbə qazanmaq istəyirik. İlk oyunda qol epizodlarından yaxşı yararlandıq. Bakıda da buna nail ola bilsək, qələbə qazana bilərik".
