11 aprel 2016 14:20
Azərbaycan - Hollandiya matçı bir dəqiqəlik sükutla başlaya bilər
Dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Hollandiyanın futzal yığmaları arasında keçiriləcək cavab pley-off matçı öncəsi bu gün hər iki komandanın nümayəndələrinin, eləcə də UEFA rəsmilərinin iştirakı ilə ənənəvi toplantı baş tutacaq. Azerisport.az xəbər verir ki, AFFA rəsmiləri son günlərdə cəbhə bölgəsində baş verənlər nəticəsində həyatını itirən əsgər və hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-dan icazə almağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan - Hollandiya matçı sabah Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da start götürəcək. Tərəflər arasında Almeredə baş tutan görüşdə yığmamız 5:1 hesabıyla üstün olub.
