11 aprel 2016 11:20

Georgi Lomaya: Müharibə heç kimə lazım deyil

"İnter"in qapıçısı Georgi Lomaya Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Minimal hesablı qələbənizi necə şərh edərdiniz?
- Çox ağır oyun oldu. AZAL yaxşı komandadır. Onlar bunu dəfələrlə sübut ediblər. Buna baxmayaraq, biz öz istəyimizə nail olduq, qalib gəldik.

- Rəqibdən çəkindiyinizi demək olar?
- AZAL bu mövsüm demək olar ki, bütün rəqiblərinə qalib gəlib. Bu, onların gücündən xəbər verir. Hamı elə hesab edirdi ki, bu klubun maliyyə problemləri varsa, oynaya da bilməyəcəklər. Amma onlar həm oynayırlar, həm də nəticə qazanırlar. Ona görə də biz bu görüşə çox ciddi hazırlaşmışdıq.

- "İnter"in prezidenti Rəşad Qasımovun sözlərinə görə, komanda qış fasiləsindən sonra yaxşı oynamağa başlasa da, nəticə qazana bilmir...
- Uğurdan, bəxtdən çox şey asılıdır. Əsas odur ki, bu görüşdə üç xal qazandıq. Amma futbolda belə hallara çox rast gəlmək olar ki, komanda yaxşı oynadığı halda uduzur və ya qələbə qazana bilmir. Ən yaxşısı həm yaxşı oynamaq, həm də qələbə qazanmaqdır. Lakin buna da hər oyunda nail olmaq olmur.

- Kamran Ağayevin zədəli olduğunu nəzərə alsaq, yəqin ki, maya qədər "İnter"in qapısını siz qoruyacaqsınız...
- Kim daha yaxşı formadadırsa, o da oynayır. Bizdə Elşən Poladov da var. Ona görə də qapıda kimin duracağına baş məşqçi qərar verir.

- "İnter" böyük ehtimalla növbəti avrokubok mövsümünü buraxmalı olacaq...
- Bunu bilirik. Amma klub apelyasiya şikayəti verib. Hər şeyin bizim üçün yaxşı bitəcəyinə ümid edirik.

- Bəs elə olmasa?
- Avrokubokları buraxsaq da, biz öz işimizi görməliyik. Meydana qələbə qazanmaq üçün çıxırıq.

- Artıq 37 yaşınız var. Karyeranızı bitirməyi düşünürsünüz, ya "İnter"də qalmağı?
- Hələ ki, məndə oynamağa güc var. Oynamaq istəyirəm.

- Yəqin ki, son günlər ölkəmizdə baş verənlərdən xəbəriniz var. Cəbhə xəttində baş verənlər komandanıza nə dərəcədə təsir göstərir?
- İlk növbədə şəhid olan əsgərlərin ailələrinə başsağlığı verirəm. Ümid edirəm ki, hər şey sülh yolu ilə həllini tapar. Bütün əsgərlərə, zabitlərə, bütövlükdə xalqınıza xoşbəxtlik arzulayıram. Əlbəttə, bu problemi sülh yolu ilə həll etməyin vaxtıdır. Müharibə heç kimə lazım deyil. Biz hamımız bu yolu keçmişik. Gürcüstanda da belə problemlər olub. Abxaziyada, Osetiyada baş verənləri yada salmaq kifayətdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.