11 aprel 2016 11:00
Emin Nurinin komandası Elfsborqa qalib gəldi
İsveç çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Elfsborq"la qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:2. Bu, əvvəlki iki oyununda uduzan "Kalmar"ın yeni mövsümdəki ilk qələbəsi olub.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, 70-ci dəqiqədə sarı vərəqə alıb.
"Kalmar" geridə qalan turlarda topladığı 3 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
