11 aprel 2016 00:35
Rüfət Dadaşov 90 dəqiqə oynadı, komandası 1 xal qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Berlin "Herta"sının ikinci kollektivi ilə qarşılaşıb. Matç məhsuldar heç-heçə ilə başa çatıb - 2:2. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
