11 aprel 2016 00:30
Erat oynadı, Fortuna liderə uduzdu
Almaniya Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə lider "Sportfrunde" ulə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 47 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
