11 aprel 2016 00:25
Nazarov oynadı, Karlsrue xal itirdi
Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Nazarov bu görüşün 75-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, "Karlsrue" hazırda 39 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
