11 aprel 2016 00:20
İsrafilov oynadı, Kordoba ev oyununda uduzdu
Futbol üzrə İspaniyanın ikinci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda Sequnda liqada qalmaq uğrunda mübarizə aparan "Albasete" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə məğlubiyyətlə üzləşib - 2:3.
Eddi bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 48 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
