11 aprel 2016 00:15
Vüqar Əsgərov yeni klubunda debüt etdi
Futbol üzrə Latviya birinci liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda RTU ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb.
Vüqar qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.
