10 aprel 2016 19:00
Vəli Qasımov: Maraqlı oyun alındı
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Maraqlı oyun alındı. Hər iki komanda gözəl futbol oynamağa çalışdı. İntriqa varidi. Biz öz qol şansımızdan yararlandıq və qələbə qazandıq". (CBC)
