Azərbaycan Almaniyaya böyük hesabla uduzdu
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində çıxış edən Azərbaycan yığması bu gün sonuncu - üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız İrlandiyanın Dublin şəhərində Almaniya ilə üz-üzə gəlib.
Təəssüf ki, millimiz bu görüşdə də böyük hesabla uduzub. Komandamızın yeganə qolunu matçın 28-ci dəqiqəsində hesabı açan Aysun Əliyeva vurub. Amma almanlar millimizi hesabı açmasına peşman ediblər.
Qeyd edək ki, komandamız qrupdakı ilk oyununda Polşa ilə qolsuz heç-heçəyə razılaşmışdı. İrlandiya ilə ikinci qarşılaşma isə millimizin 0:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
10 aprel
Azərbaycan - Almaniya - 1:5 (1:1)
Baş hakim: Lois Otte (Belçika).
Dublin. "Tolka Park".
Qrupdakı vəziyyət: Almaniya - 9 xal, İrlandiya - 6, Polşa, Azərbaycan - 1.
