10 aprel 2016 18:40
Elbrus Məmmədov: Qapımıza qol vurulan epizodda ofsayd var idi
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Müdafiə xəttində buraxdığımız bircə səhv nəticəsində məğlub olduq. İkinci hissədə buraxılan qolun əvəzini çıxmaq üçün çox çalışdıq. Amma buna nail ola bilmədik. Qapımıza vurulan qolun təkrarına baxmaq lazımdır. Mənə elə gəlir ki, həmin epizodda oyundan kənar vəziyyət var idi". (CBC)
