10 aprel 2016 16:30
Adil Şükürov: Futbolçularımız tapşırıqları yaxşı yerinə yetirdilər
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi yaxşı analiz etmişdik. Onların necə çıxış etdiyini bilirdik. Futboçularımız yaxşı oynadılar, tapşırıqları yaxşı yerinə yetirdilər. Nelson Bonilyanı dəstəkləməyə çalışırdım ki, o, özünə inansın". (СВС)
