10 aprel 2016 15:00
Fəhmin Muradbəyli: Xəzər Lənkərana yenə qalib gəlməyə çalışacağıq
"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz artıq "Rəvan"a məğlubiyyəti unutmuşuq. "Xəzər Lənkəran"la görüşə yaxşı hazırlaşmışıq. Biz bu mövsüm Lənkəranda qələbə qazanmışıq. Həmin oyuna qədər 9 il idi Lənkəranda qələbə qazana bilmirdik. Amma həmin oyunda uğursuz seriyaya son qoyduq. Bu dəfə də qələbəyə oynayacağıq. Meydan sahiblərinin yaxşı komandası var. Heyətlərində gənc futbolçular çoxdur. Əminəm ki, onlar da böyük istəklə oynayacaqlar".
