10 aprel 2016 12:00

Tərlan Quliyev: Kəpəzdə həm fiziki, həm də psixoloji yorğunluq var

"Kəpəz"in müdafiəçisi Tərlan Quliyev Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qarabağ"a 0:4 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Çətin olacağını bilirdik. AZAL-a əvvəlki oyunda uduzduğumuzu nəzərə alsaq, bu görüşdə ən azı bir xal qazanmaq istəyirdik. "Qarabağ"la görüşə də pis başladıq. İki kobud səhvə yol verdik və qollar buraxdıq. Elə həmin qollar da matçın taleyini həll etdi.

- Yəqin ki, bu hesabla uduzacağınızı gözləmirdiniz...
- "Qarabağ"la səfər oyunları xüsusilə çətin alınır. Biz bunu bilirdik. Amma komandamızın heç bir üzvü bu hesabla uduzacağımızı nə gözləyir, nə də istəyirdi.

- Ardıcıl iki oyuna 7 cavabsız qol buraxmısınız. Komandada nə baş verir?
- Məsələn, mən 28-29 turdur fasiləsiz, istirahətsiz oynayıram. Bu, təbii ki, psixoloji cəhətdən də futbolçuya mənfi təsir göstərir. Həm fiziki, həm də psixoloji yorğunluq var. Kimsə məni əvəz etsəydi, vəziyyət fərqli olardı. "Qarabağ"ın geniş heyəti var, istədikləri var rotasiyaya əl ata bilirlər. Amma bizdə ehtiyat qüvvə olmadığından hər oyunda yüksək səviyyədə çıxış etməyimiz çox çətindir.

- Dediniz ki, iki kobud səhv matçın taleyini həll etdi. Belə çıxır ki, Tural Axundov matçın antiqəhrəmanıdır?
- Mən belə deməzdim. Həmin epizodlarda hər birimizin səhvi var idi. Tural avtoqol vurmaq istəməzdi. O, sadəcə, topu uzaqlaşdırmağa çalışdı, alınmadı.

- Matçın əvvəlində Mahir Mədətovla nəyi bölüşə bilmirdiniz?
- Futbolda belə toqquşmalar olur. Mənim onunla heç bir problemim yoxdur. Səhv etdim, sonra onun ayağına zərbə endirdim. O da mənim ayağıman vurdu. Xüsusi problem yoxdur.

- Komandanızda yorğunluq varsa, deməli, bundan sonra avrokuboklara düşmək şansınız yoxdur?
- Arxayınlaşa bilmərik. Bizim buna haqqımız yoxdur. Bizdən çox şey gözləyirlər. Biz də bacardığımızı edirik. "Qarabağ"ın gücü hər kəsə bəllidir. Bu məğlubiyyəti də faciəyə çevirməməliyik. Toparlanmaq lazımdır, vəssalam. Avrokuboklardan kənarda qalmaq istəmirik. AZAL-la oyunda da səhvlərə yol verdik, böyük hesabla uduzduq. "Qarabağ"la oyunda da elə. Şəxsən mənə belə böyük hesablarla uduzmağımız xoş deyil. Amma bu görüşlər artıq geridə qalıb. Biz qarşıdakı oyunlarda avrokuboklara vəsiqə uğrunda mübarizəmizi davam etdirəcəyik.

- Juninyonun yoxluğu hiss olunurdu?
- Bəli. "Kəpəz" "Qəbələ" və ya "Qarabağ" deyil ki, əvəzolunmaz futbolçusu olmasın. Juninyo komandamızda meydanın mərkəzində çox böyük iş görür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.