10 aprel 2016 11:00
Azərbaycan Almaniyaya qarşı
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində çıxış edən Azərbaycan yığması bu gün sonuncu - üçüncü oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız İrlandiyanın Dublin şəhərində Almaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, komandamız qrupdakı ilk oyununda Polşa ilə qolsuz heç-heçəyə razılaşmışdı. İrlandiya ilə ikinci qarşılaşma isə millimizin 0:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
10 aprel
17:00. Azərbaycan - Almaniya
Baş hakim: Lois Otte (Belçika).
Dublin. "Tolka Park".
Qrupdakı vəziyyət: Almaniya - 6 xal, İrlandiya - 3, Polşa, Azərbaycan - 1.
