10 aprel 2016 00:30

Qriqorçuk: Futbolçuların durumunu sözlə ifadə etmək çətindir

Topaz Premyer Liqasının 29-cu turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bu gün qələbəyə rəqibdən daha yaxın idik. İlk yarıda qol vurmaq imkanımız olsa da, boş qapıya düşə bilmədik. Futbolçulara baxanda üzülürəm. Onlar gözlərində yaş, hakimlərin belə hörmətsizliyini başa düşə bilmirlər. Yetirmələrimi müdafiə etmək istəsəm də, bunu necə edəcəyimi bilmirəm. Əsas səbəb bu olmasa da, susa bilmirəm. Bu çempionatda 10-a yaxın belə matç saymaq olar. Başa düşürəm ki, futbolda hər şey olar. Lakin bu, sistematik olaraq təkrarlana bilməz. Futbolçuların durumunu sözlə ifadə etmək çətindir.

Xal itirməyimizin bütün səbəblərini hakimliklə izah etməzdim. Futbolçuların psixoloji durumunu da nəzərə almalıyıq. Gənclərdən danışmıram, çünki hətta təcrübəli Aleksey Qay da baş verənlərdən şokdadır. Futbolçulara həqiqətən də çətindir. Tənqidi öz üzərimə götürməyə, sinəmi futbolçuların qarşısına verməyə hazıram.

Əvəzedici heyətdən oyunçuları məşqlərə cəlb edib, yoxlayırıq. Ehtiram Şahverdiyevi 3-4 dəfə dəvət etmişik. Əvvəlkindən fərqli, daha yaxşı təsir bağışlayır. Onu bu gün meydana da buraxmağa hazır idik. Sahil Mirzəyev də daim inkişaf edir.

Ruslan Abışovu meydana buraxmamaq onunla problem olması anlamına gəlməməlidir. Ona futbolçu kimi hörmətim var. Pavel Paşayevə gəlincə isə, onu “18-liy”ə daxil ediriksə, deməli güvənirik və istənilən an oyuna daxil ola bilər. Onu yoxlayıb, komandaya götürmüşük”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.