10 aprel 2016 00:10
Samir Məsimovsuz Domjale əsas rəqibinə uduzdu
Sloveniya çempionatında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə ikinci pillədə qərarlaşan "Maribor" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.
