9 aprel 2016 20:00
Zaur Svanadze: Belə çətin oyunda qələbə qazanmağımıza görə şadam
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Öncə təmas xəttində şəhid olmuş hərbi qulluqçulara görə Azərbaycan xalqına başsağlığı vermək istəyirəm.
Qarşılaşmaya gəldikdə isə deyə bilərəm ki, bu gün yaxşı oynadıq. Savadlı oynadıq, rəqib qapısında təhlükəli vəziyyətlər yaratdıq və qol vura bildik. Belə çətin matçdan 3 xal qazandığımıza görə şadam”.
