9 aprel 2016 18:30
Samir Abasov: Heç-heçə oyunun ədalətli nəticəsi idi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizin ailələrinə səbr versin. Oyuna gəlincə, istənilən oyunu oynaya bilmədik. Hava şəraiti çox pis idi. Heç-heçə oyunun ədalətli nəticəsi idi. İtirəcəyimiz biş şey yoxdur. Qarşıdakı oyunlarımıza baxmalıyıq".
