9 aprel 2016 14:00
Amit Quluzadə: Qəbələ ilə oyun üçün heç bir xüsusi motivasiyam yoxdur
"Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim itiriləsi heç nəyimiz yoxdur. Meydana qələbə üçün çıxacağıq. Son üç oyunda iki qələbə qazanmışıq. Belə qeyri-sabit çıxış etməyimizin səbəbini demək mənim üçün çətindir. Bəzi oyunlarda pis çıxış edirik, bəzisində yaxşı. "Qəbələ" ilə oyuna gəlincə, vaxtilə bu komandada çıxış etsəm də, onlarla bağlı ancaq xoş xatirələrim qalıb. Bu komanda ilə bağlı hansısa xüsusi hiss olduğunu deməzdim. Xüsusi bir motivasiya da olmayacaq. Meydana komandama faydalı olmaq üçün çıxacağam".
