9 aprel 2016 13:30

Reynaldo: Baş verənlər məni çox məyus etdi

"Qarabağ"ın hücumçusu Reynaldo Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- 4:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Matçın ilk dəqiqələri mənim üçün çətin alındı. Çünki uzun müddət idi oynamırdım. Uşaqlar üçün bu baxımdan problem yox idi. Onlar məndən fərqli daim birgə oynayırlar. Amma matçın gedişində mən də oyuna alışmağa başladım. Çox şadam ki, qələbə qazandıq.

- Amma kənardan sizə çətin olduğu görünmürdü. Sanki meydandakı əvvəlki Reynaldo idi...
- Belə düşündüyünüz üçün təşəkkürümü bildirirəm. Amma doğrudan da çətin idi. Çünki son yarım ildə ilk dəfə idi ki, start heyətdə meydana çıxırdım. Tezliklə bütün problemləri geridə qoymağa çalışıram. Komanda yoldaşlarım və azarkeşlərimiz bu yolda mənə çox kömək edirlər.

- İlk qolun vurulmasında sizin də iştirakınız oldu. Amma topun sizdən, ya rəqibdən tora daxil olduğu mübahisə doğurdu...
- Hiss etdiyim qədərilə, top "Kəpəz"in futbolçusuna toxunaraq qapıya daxil oldu. Əsas odur ki, qol vurduq və qələbə qazandıq.

- Siz bombardir olduğunuz mövsümdə məhsuldarlıq çox yüksək idi. Amma bu il məhsuldarlıq aşağıdır. Sizcə, bu, nə ilə bağlıdır?
- Bunun dəqiq səbəbini bilmirəm. Fikrimcə, komandalar daha çox kollektiv oyuna üstünlük verməyə başlayıblar. Elə "Qarabağ"ı buna misal göstərmək kifayətdir. Qol vuran futbolçuların demək olar ki, hamısında oxşar sayda qollar var.

- "Kəpəz"lə matçda stadionda xüsusi atmosfer hökm sürürdü. Bunun nə ilə bağlı olduğunu bilirsiniz?
- Əlbəttə. Komanda yoldaşlarım mənə bu haqda danışmışdılar. İnternetdən də məlumat toplamağa çalışıram. Onu deyə bilərəm ki, baş verənlər çox məyus edir. Yaxşı ki, atəşkəs əldə olundu.

- "Qarabağ"ın futbolçuları daha çox sosial şəbəkələrdə dəstək nümayiş etdirirlər. Amma Ermənistan klubunun serbiyalı futbolçusu vurduğu qolu bayram edərkən maykasını çıxarıb və "Qarabağ Ermənistanındır" sözlərini nümayiş etdirib. "Qarabağ"ın legionerləri niyə sosial şəbəkə ilə kifayətlənirlər?
- Bildiyim qədərilə belə hərəkətlərə görə futbolçuları cəzalandırırlar ya da cərimə edirlər. Amma əsas belə nəyisə nümayiş etdirmək yox, ürəyindəkidir.

- Siz Azərbaycanın üzləşdiyi haqsızlıqlarla bağlı Braziliyadakı tanışlarınıza daışırsınız?
- Baş verənlər bütün dünya mətbuatında yazılır. Təbii ki, dostlarım, tanışlarım məndən də bu barədə soruşurlar. Belə suallar olur və cavab verirəm.

- Yəqin ki, indi "Qarabağ" adının əslində nə qədər böyük önəm kəsb etdiyini bir daha başa düşdünüz...
- Bunu təkcə mən yox, bütövlükdə komanda yoldaşlarım da başa düşür. Bundan sonra öz oyunumuzla azarkeşlərimizi daha çox sevindirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.