9 aprel 2016 12:30
Vəli Qasımov Portuqaliyanın U-17 yığmasının baş məşqçisi ilə tanışlığından danışdı
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycanın U-17 yığmasının Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Portuqaliya komandasının baş məşqçisi Elio Souza ilə tanış olmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bu mütəxəssislə Portuqaliyanın "Vitoriya" klubunda birgə çıxış etdiyini söyləyib:
"Portuqaliya yığmasının baş məşqçisini yaxşı tanıyıram. Biz onunla "Vitoriya"da birgə çıxış etmişik. O, məşhur portuqaliyalı futbolçudur. Milli komandada da oynayıb. O vaxtdan bəri dostluq edirik, münasibət saxlayırıq. Təəssüf ki, onunla Bakı səfəri zamanı görüşə bilmədim. Ümid edirəm ki, may ayındakı səfərində buna nail olacağıq".
