9 aprel 2016 12:00
Reynaldo: Topun Kəpəzin oyunçusundan qapıya daxil olduğunu hiss etdim
"Qarabağ"ın hücumçusu Reynaldo Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Matçın ilk dəqiqələri mənim üçün çətin keçdi. Çünki çoxdan idi oynamırdım. Komanda yoldaşlarım üçün isə asan idi. Onlar məndən fərqli daim birgə çıxış edirlər. Matçın gedişində mənə də asan olmağa başladı. Çox şadam ki, qələbə qazandıq. Böyük hesabla qalib gəlsək də, bu, matçın asan keçdiyi anlamına gəlməməlidir. Komanda yoldaşlarım və azarkeşlər məni çox dəstəkləyirlər. İlk qolu kimin vurmasına gəlincə, hiss etdim ki, top "Kəpəz"in futbolçusuna toxunaraq qapıya daxil oldu".
