9 aprel 2016 11:00
Elbrus Məmmədov: Sonuncu olmamaq üçün xallar qazanmalıyıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtkisiz hazırlaşırıq. Meydana optimal heyətlə çıxacağıq. "Qara zolaq"dan çıxmaq istəyirik. Əvvəlki oyunlarda "Neftçi"yə uduzsaq da, bunların səbəbləri var idi. Amma oyun baxımından heç bir görüşdə pis təsir bağışlamamışıq. Xal qazanmağımız lazımdır ki, turnir cədvəlində sonuncu olmayaq".
