9 aprel 2016 00:30

Rəşad Sadıqov: Boş tribuna qarşısında da oynayarıq, təki əsgərlərimiz şəhid olmasın

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Asan qələbə qazanacağınızı gözləyirdiniz?
- Heç bir oyundan əvvəl asan qələbə qazanacağımızı düşünmürük. Çünki rəqiblər bizə qarşı istəkli hazırlaşır. Çox şükür ki, yaxşı nəticə qazandıq.

- Birtərəfli oyun futbolçuları yormur ki?
- Çalışırıq ki, rahatlaşmayaq. Bunun bir mənası yoxdu. Hər zaman da bunu fikirləşirik. Bizi qarşıda ağır oyunlar gözləyir. "Kəpəz" də pis oynamadı. Mübarizə apara bildikləri qədər çalışdılar. Həm də iki-üç aydan sonra bizi avrokubok oyunları gözləyir. Premyer Liqada bizə asan olsa belə, avrokuboklarda qətiyyən belə olmayacaq.

- Stadionda bu gün fərqli atmosfer var idi. Bu, sizə əlavə motivasiya verdimi?
- Əlbəttə. Çox xoş hisslər keçirdik. Azarkeşlərimizin çox gəlməyi, 90 dəqiqə ərzində əsgərlərimizlə bağlı şüarlar səsləndirməyi bizi sevindirir.

- Belə atmosferdə meydana çıxanda özünüzü əsgər kimi hiss etmədiniz ki?
- Sizi inandırım, sanki cəbhədə idik. Bir anlıq da olsa, özümüzü əsgərlərin yerində hiss etdik.

- Mahir Mədətov qol vuranda əsgər salamı verdi. Çox adam bunu "Xəzər Lənkəran"la oyunda gözləyirdi. Sizcə, bu, gecikmiş addım deyildi?
- Mahir həmin oyunda iki qol vurdu. Ola bilər ki, sevincindən həmin anı unutdu. Amma bu gün əsgər salamı verdi. Biz boş tribunalar qarşısında da oynamağa hazırıq, təki əsgərlərimiz şəhid olmasın. Əsas odur ki, biz bir xalq olaraq belə bir dövrdə birlik nümayiş etdirə bildik. Mən stadiona gələn, bizi dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm. Onlar bu gün Qarabağ adının doğrudan da necə böyük əhəmiyyət daşıdığını bir daha isbatladılar.

- Məşqçi kurslarına da qatılmısız. Bu, mövsümün sonunda karyeranızı bitirmək anlamına gəlmir ki?
- Mövsümün sonunda karyeramı bitirmək fikrim yoxdu. Çox sevinirəm ki, kurslara qatılmışam. Ancaq məşqçi olmaq qəti fikrim deyil. Futbolda hər hansı vəzifədə çalışanlara da tövsiyyəm odur ki, kurslara qatılsınlar. Belə olan halda futbolu daha yaxşı biləcəklər.

- Sizcə, ikinci Qurban Qurbanova ehtiyac yoxdu?
- Hələ ki, bir Qurban Qurbanovumuz var, ikincisinə ehtiyac yoxdu. Məşqçi olsam, bu, mənim öz dəsti-xəttim olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.