8 aprel 2016 16:20
Hüseyn Seyliqli: Azərbaycan rəqiblərindən zəif deyil
Azərbaycanın U-17 yığmasının müdafiəçisi Hüseyn Seyliqli Bakıda təşkil olunacaq Avropa çempionatında Portuqaliya, Belçika və Şotlandiya ilə bir qrupa düşməyimizə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən püşkatmanı izləyirdim. Fikrimcə, püşkatma bizim üçün uğurlu alındı. Rəqiblərimizin yaxşı heyəti var. Amma biz hər oyunda sonadək mübarizə aparacağıq. Məncə, Portuqaliya ilə oyunumuz Şotlandiya və Belçika ilə görüşlərdən daha çətin olacaq. Lakin biz də rəqiblərimizdən zəif deyilik".
