8 aprel 2016 14:20
Skot Qemmill: Azərbaycan yığması barədə hələ heç nə bilmirəm
Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Skot Qemmill Azərbaycanda təşkil olunacaq AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycan, Belçika və Portuqaliya ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Burada olduğumuz üçün şadıq. Azərbaycan yığması barədə hələ heç nə bilmirəm. Amma başa düşürəm ki, bu komandada motivasiya yüksək səviyyədə olacaq. Çünki doğma meydanda çıxış edəcək. Portuqaliyanın qrupun favoriti olduğuna dair fikirlərlə razı deyiləm. Fikrimcə, bütün komandaların şansları bərabərdir".
