Elxan Məmmədov: Belçika və Şotlandiya yaxşı komandadır, amma Portuqaliyanı xüsusi qeyd edərdim
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasındakı Avropa çempionatının bu gün atılan püşkünü dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Püşkatma çox yaxşı keçdi. Püşkün nəticəsi barədə baş məşqçi Təbriz Həsənovun danışması daha yaxşı olardı. Final mərhələsində ən güclü komandalar iştirak edirlər. Qrupumuzda xüsusi olaraq Portuqaliyanı qeyd edərdim. Elit mərhələnin iştirakçıları arasında ən yaxşı nəticələrə imza atan komandalardan biridir. Belçika və Şotlandiya da yaxşı komandadır. Komandamızın qarşısına qrupdan çıxmaq hədəfini qoymuşuq. İştirakçı komandalar Azərbaycana turnirin startından 10 gün öncə gələcək. Qarşıdakı AÇ-nin iştirakçılarından biri ilə yoxlama oyunu keçirməyi də planlaşdırırıq".
