8 aprel 2016 12:20

AÇ-nin püşkü atıldı, millimiz Portuqaliya, Belçika və Şotlandiyaya rəqib oldu

Bu gün Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Püşkatma zamanı komandalar iki səbətdə yer alıb. Elit-raundda qrup qalibi olan 8 komandadan ən yaxşı nəticəyə malik 7 yığma 1-ci səbətdə qərarlaşıb. Bu komandalardan biri A qrupunda yer alıbsa, digər “dördlük”lərin hərəsinə iki səpələnmiş daxil olub.

A səbəti: Danimarka, Ukrayna, İtaliya, Almaniya, Portuqaliya, Fransa, Serbiya

B səbəti: Belçika, Şotlandiya, İngiltərə, Bosniya və Herseqovina, Hollandiya, İsveç, Avstriya, İspaniya.

Püşkatma nəticəsində qruplar aşağıdakı kimi formalaşıb:

A qrupu
Azərbaycan
Portuqaliya
Belçika
Şotlandiya

B qrupu
Ukrayna
Almaniya
Avstriya
Bosniya-Herseqovina

C qrupu
Fransa
Danimarka
İngiltərə
İsveç

D qrupu
İtaliya
Serbiya
Hollandiya
İspaniya

Püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olub. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq.  Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları 4 stadionda keçiriləcək.
 
Qeyd edək ki, çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Azərsun Arena" və "Bakcell Arena"da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.