Elbəy Quliyev: Neftçidə baş verənləri unutmuşam, onlara cavab vermək istəmirəm
Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq hücumçusu Elbəy Quliyevin azerisport.az saytına müsahibəsi
- Rusiya Premyer Liqasının son turunda "Terek"lə oyunda "Ural"ın heyətində debüt matçınıza çıxdınız. Necə keçdi?
- Rusiya çempionatında debüt etdiyim üçün çox şadam. Bundan sonra da səylə çalışacağam.
- Bu debütü gözləyirdiniz?
- Demək olar ki, hə. İştirak ərizəsinə düşəndə, mənə də şans veriləcəyini hiss edirdim.
- "Neftçi" sizdən imtina etməsəydi, indi Azərbaycan Premyer Liqasında oynaya bilərdiniz?
- Bu, Bakı klubunun qərarı idi. O haqda danışmaq istəmirəm. Çünki "Neftçi"də mənə hər şeyi izah etmədiər. Mənə qarşı elə davranırdılar ki, sanki mən ilk dəfədir top görürəm.
- İkinci dəfə şans versələr?
- Şübhəsiz ki, gəlmərəm.
- Niyə?
- Səbəbi yoxdur. Belə nəticəyə gəlmişəm ki, mənə qarşı təkcə "Neftçi"də yox, Azərbaycanın heç bir klubunda yaxşı münasibət göstərməzlər.
- "Ural"dakı çıxışınızı "Neftçi"dəkilərə cavab saymaq olar?
- Mən "Neftçi"də olanları unutmuşam və onlara cavab vermək istəmirəm. Hər kəsin seçiminə hörmətlə yanşıram.
- "Neftçi" hazırda Premyer Liqada yeddinci pillədə qərarlaşıb. Bəlkə elə yaxşı olub ki, bu kluba keçməmisiniz? Bu barədə düşünməmisiniz?
- Mən orada icarə əsasında çıxış etmək istəyirdim. Amma orada mənə futbol öyrətməyə qərar verdilər. Artıq bütün bunlar geridə qalıb.
- Sizi "Ural"ın bundan sonrakı oyunlarında da görə biləcəyik?
- Hər şey mənim özümdən asılıdır.
- Klubunuzun avrokuboklara vəsiqə qazanmaq şansı var?
- Bəli. Baxaq, görək necə olacaq.
- Azərbaycanın ermənilərlə hərbi münaqişədə olduğunu, son günlər cəbhədə gərginliyin daha da artdığını bilirsiniz?
- Bəli, xəbərim var.
- "Ural"da erməni futbolçu Edqar Manuçaryan çıxış edir. Təsadüfən buna görə onunla aranızda problem yaranmayıb?
- Xeyr, hər şey qaydasındadır. Mən daha çox əvəzedici heyətlə məşq edirəm və Manuçaryanla danışmıram.
