8 aprel 2016 00:25
Samir Məsimov: Bunlar hamısı uydurmadır
Sloveniyanın "Domjale" klubunun azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimov "Neftçi"yə qayıdacağı barədə yayılan son xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, "facebook" sosial şəbəkəsindəki səhifəsində bunları qeyd edib:
"Axşamınız xeyir! Son dövrlər Azərbaycanın idman saytları yazırlar ki, guya mən "Neftçi"yə qayıtmaq istəyirəm. Bunlar hamısı uydurmadır! Məndə hər şey yaxşıdır. Burada məndən razıdırlar. Məşq edirəm, inkişaf etməyə çalışıram ki, irəli gedim. Mənə görə həyacan keçirən hər kəsə təşəkkürümü bildirirəm".
