8 aprel 2016 00:15

Qəbələdən iki çempionluq

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.

Cari mövsümdə keçirdiyi 25-ci matçda da qələbə qazanan “qırmızı-qaralar” xal hesabını 75-ə çatdırıb. Bununla da Yaşar Abuzərovun baş məşqçisi olduğu komanda mövsümün sonuna 3 tur qalmış çempion titulunu təmin edib. “Qəbələ” 24 matç keçirən “Neftçi”ni 21, 21 oyuna çıxan “Əlincə”ni 22 xal qabaqlayır. Bu, "Qəbələ"nin U-16 Liqasında 3-cü çempionluğudur. 2011/2012 mövsümündən keçirilən yarışda 3 qızıl (2012/13, 2013/2014 və 2015/2016) medal qazanan “qırmızı-qaralar” 2 dəfə (2011/2012, 2014/2015) gümüşə yiyələnib.

U-16 kimi, "Qəbələ"nin U-15 komandası da cari mövsümün çempionu titulunu qazanıb. 31-ci turda “Vətən”lə ev oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” sona 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Ehtiyatda 1 oyunu da olan “Qəbələ” 30 matçda 88 xal toplayıb. 29 qələbə və 1 heç-heçəsi olan Xaqani Məmmədovun yetirmələri 3 oyunu qalan “Neftçi” və “İnter”i 13, 4 matçı qalan “Xəzər Lənkəran”ı 14 xal arxada qoyur.

"Qəbələ" bu yaş qrupunda ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. 2012/2013 və 2013/2014 mövsümlərində çempion, ötən il gümüş mükafatçı olan “Qəbələ” 3-cü qızılını əldə edib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.