8 aprel 2016 00:10
Kəpəz hazırlığı tamamladı
Topaz Premyer Liqasının 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığı yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.
Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu ötən gün tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar matç ərəfəsindəki təkrar müayinədən sonra veriləcək. (klub saytı)
