7 aprel 2016 19:00
Fineo: Hollandiyaya qalib gəlib, DÇ-yə yollanacağıq
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Fineo dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçiriləcək cavab pley-off matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi Bakıda çətin oyun gözləyir. Amma biz bu görüşdə böyük uğura imza atmaq üçün mübarizə aparacağıq. Cavab matçında da uğur qazanacağımıza ümid edirəm. Uğur qazanacağımıza inamımız çox böyükdür. İnanıram ki, azarkeşlərimiz də arenanı dolduracaq və komandamızı dəstəkləyəcək. Azərbaycan Hollandiyaya qalib gəlib, Hollandiyaya gedəcək".
