7 aprel 2016 16:40
Vurğun Hüseynov: Turanın mənimlə maraqlandığını eşitmişəm
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Tofiq Mikayılov, Uğur Pamuk və Emin Mehdiyevin klubdan uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gedən futbolçuların hər üçü ilə yaxşı münasibətim var idi. Onlara karyeralarında uğurlar arzulayıram. Onların gedişinə gəlincə, bu, məşqçilərimizin və klub rəhbərliyinin qərarıdır. Hər biri bizim üçün vacib oyunçu idi. Amma biz futbolçular öz işimizi görməliyik. Onlara əvəzləyici tapmağa çalışacağıq. "Qəbələ" ilə oyunda uğurlu nəticəyə nail olmaq istəyirik. Yeri gəlmişkən, "Turan"ın mənimlə maraqlandığını eşitmişəm. Amma rəsmi olaraq özümə heç bir müraciət edilməyib".
