7 aprel 2016 16:00

Avropa çempionatı üçün daha bir patnyor

ASC “Xalq” Bankının inzibati binasında AFFA və Xalq Bank arasında UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016  ilə bağlı sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatını Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və  Xalq Bankın İdarə Heyətinin sədri Elxan Ağayev imzalayıb.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Elxan Ağayev: “Xalq Bank fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycanda təşkil olunan bütün beynəlxalq idman tədbirlərinə dəstək verməyə çalışır. AFFA ilə əməkdaşlığımız 2012-ci ildən başlayıb. Ölkəmizdə təşkil olunan FIFA U-17 qadınlararası dünya çempionatı zamanı AFFA ilə sponsorluq müqaviləsi imzalandı və əməkdaşlığımızı yüksək səviyyədə həyata keçirdik. İnanıram ki, Avropa çempionatı da bizim əməkdaşlığımızın növbəti uğurlu mərhələsi olacaq. U-17-lər arasında qitə birinciliyi gələcəyin ulduz futbolçularının parladığı turnirdir və ümid edirəm ki, onların arasında Azərbaycan yığmasının da üzvləri olacaq”.

Elxan Məmmədov: “İlk növbədə, Xalq Bankın rəhbərliyinə futbola dəstək verdiyinə görə AFFA rəhbərliyi adından təşəkkür edirəm. Bu, bizim əməkdaşlığımızda ilk mərhələ deyil. Daha öncə də birgə uğurlu layihəmiz olub. Bu gün imzalanmış sponsorluq müqaviləsi ilə Xalq Bank Azərbaycanda təşkil olunacaq növbəti nüfuzlu beynəlxalq idman tədbirinə öz töhfəsini vermiş oldu. İnanıram ki, Xalq Bankın da dəstəklədiyi UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 yaddaşlarda ən uğurlu turnirlərdən biri kimi qalacaq”.

Xalq Bank 2012-ci ildə Azərbaycanda keçırılən FİFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olmuşdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.