Françesko Toldo Bakıya gəlir
Xəbər verdiyimiz kimi, sabah - aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.
Qeyd edək ki, AÇ-də Danimarka, Şotlandiya, Ukrayna, İngiltərə, İtaliya, Bosniya-Herseqovina, Almaniya, Hollandiya, Portuqaliya, İsveç, Fransa, Avstriya, Serbiya, Belçika, İspaniya və Azərbaycan mübarizə aparacaq.
