"Azərbaycana ilk oyunda böyük hesabla uduzmaqla özümüzü çətin vəziyyətə saldıq"
Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirəcəkləri cavab pley-off matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Azərbaycana Almeredə böyük hesabla uduzmaqla özümüzü çox çətin vəziyyətə saldıq. Bu da Bakıdakı cavab matçında bizə mənfi təsir göstərəcək. Amma bununla belə, mənim heyəti dəyişməklə bağlı planım yoxdur. Sadəcə, bu uşaqların daha yaxşı oynaya biləcəyini düşünürəm. Biz bunu seçmə mərhələdə, eyni zamanda Portuqaliya ilə yoxlama oyunlarında göstərmişik. Əlbəttə, Azərbaycan yığmasının çətin rəqib olduğunu bilirdik. Amma hər şeyi düzgün etdiyin halda belə acı məğlubiyyətlə üzləşmək ağırdır. Bakıdakı görüşdə vəziyyəti düzəltməyə çalışacağıq".
