Azərbaycan yığmasından 22 pilləlik geriləmə
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 22 pillə geriləyib.
Robert Prosineçkinin çalışdırdığı yığmamız 269 xalla 134-cü pillədə qərarlaşıb. Millimiz ötən ayla müqayisədə 31 xal itirib. Bu, Azərbaycan yığmasının son 20 ildəki ən pis göstəricilərindən biri hesab oluna bilər.
Azərbaycanın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin yeni mövqeləri belədir: Almaniya (5-ci yer, 1309 xal), Şimali İrlandiya (26, 825), Çexiya (29, 810), Norveç (49, 605) və San Marino (200, 28).
Keçmiş SSRİ ölkələri arasında yığmamız Ukrayna (22, 880), Rusiya (29, 810), Özbəkistan (66, 549), Belarus (77, 465), Estoniya (93, 366), Latviya (108, 323), Qırğızıstan (100, 340), Ermənistan (110, 316), Qazaxıstan (116, 300), Gürcüstan (123, 289) və Türkmənistandan (128, 277) geri qalır. Komandamız sadəcə, Litva (139, 254), Moldova (156, 181) və Tacikistandan (164, 149) öndədir.
İlk onluq belədir: Argentina (1532), Belçika (1352), Çili (1348), Kolumbiya (1337), Almaniya (1309), İspaniya (1277), Braziliya (1251), Portuqaliya (1184), Uruqvay (1158) və İngiltərə (1069).
