7 aprel 2016 12:00

Orxan Sadıqlı: Neftçi ilə oyuna hazırlaşsaq da, diqqətimiz cəbhəyə yönəlib

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıda sizi "Neftçi" ilə oyun gözləyir. Növbəti "Böyük oyun"dan nə gözləyirsiniz?
- Biz digər görüşlərə olduğu kimi, bu oyuna da ciddi hazırlaşırıq. Amma bu matçın əhəmiyyəti tamamilə fərqlidir. Bunu klubun bütün üzvləri başa düşür. Evdə qələbə qazanmaq lazımdr.

- Bu mövsüm kubok çərçivəsində "Neftçi"yə qalib gəlmisiniz. Bunu yenə təkrarlaya biləcəksiniz?
- Belə oyunlarda favorit olmur. Bu görüşü derbiyə bərabər saymaq olar. Hansı komanda qələbəni daha çox istəsə, meydanda kim daha çox çalışsa, qələbəni də o qazanacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik. İstənilən rəqibə qalib gələcək gücdəyik. Təbii ki, bunun üçün düzgün oynamaq lazımdır.

- XL "Qarabağ"la oyuna hərbi formada çıxdı, qol vurarkən də hərbi salam verdiniz. Bütün bunlar çox qeyd olundu. Təsadüfən, "Neftçi" ilə oyuna da analoji formada çıxmaq istəmirsiniz?
- Biz bu formanı yadda qalmaq üçün geyinməmişdik. Heç bir motivasiya da yox idi. Biz bunu sadəcə, şəhidlərimizə hörmət əlaməti olaraq etmişdik. Onları unutmadığımızı göstərmək istəyirdik. Bu, hazırda bizim əlimizdən gələn yeganə dəstək idi. Qərar qəbul olunsa, biz hamımız cəbhəyə yollanmağa hazırıq. "Neftçi" ilə oyuna da hərbi formada çıxmağı desələr, geyinərik. Onsuz da hamımızın diqqəti cəbhədə, əsgərlərimizin yanındadır. Mənim qardaşım da hərbidədir. Allah bütün əsgərlərimizi, hərbçilərimizi qorusun.

- Belə bir zamanda futbola köklənmək nə dərəcədə çətindir?
- İndi bütün diqqətimiz Qarabağda baş verən hadisələrə yönəlib. Hər gün mətbuatı izləyirik. Amma məşqlərimizi də davam etdiririk, "Neftçi" ilə oyuna hazırlaşırıq. Buna baxmayaraq, diqqətimiz cəbhə bölgəsinə yönəlib.

- "Rəvan"ın son turda "Neftçi"yə qalib gəlməsini necə qarşıladınız?
- Biz "Rəvan" barədə düşünməməliyik. Öz oyunumuz daha vacibdir. Məsələn, qarşıdakı turda "Neftçi"yə qalib gəlsək, "Rəvan"la xal fərqini yenidən artıra bilərik.

- "Rəvan" növbəti turda "Zirə" ilə qarşılaşacaq. Bu oyuna proqnozunuz?
- "Zrə" bu mövsümə çox gözlənilməz başladı, indi də eyni tempdə davam edir. Yaxşı kollektiv yaradıblar. Bizim üçün daha vacib olan "Neftçi" ilə görüşdən qalib ayrılmaqdır. "Zirə"nin "Rəvan"a qalib gəlib-gəlməyəcəyi bizim üçün əhəmiyyət daşımır. Amma düzünü desəm, "Zirə"nin qalib gəlməsini istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.