7 aprel 2016 11:00
Emin Nurinin komandası 2-ci matçında da uduzdu
İsveç çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Norrçopinq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:4.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
İki turdan sonra "Kalmar" hələ xal toplaya bilməyib və sonuncu pillədə qərarlaşıb.
