7 aprel 2016 00:25
Erat oynamadı, Fortuna 4 qolla qalib gəldi
Almaniya Qərb Regional Liqasında 27-ci turdan təxirə salınan oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Veqberq Bik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 4:1. Erat bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 47 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
