6 aprel 2016 17:20

Namaşko: Bakıda bizi futboldan uzaqlaşdıra biləcək vəziyyət yaranmayıb

AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşko ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Dağlıq Qarabağda baş verən hadisələr sizi futboldan soyutmur?
- Düzü, siyasi məsələlərdən danışmaq istəməzdim. Döyüşlər Bakıda yox, başqa regionda gedir. Burada heç bir problem hiss olunmur. Mən özümü təhlükəsizlikdə hiss edirəm. Demək olar ki, bizi futboldan uzaqlaşdıra biləcək hansısa situasiya yaranmayıb. Həm də mən bu hadisələri yaxından izləmirəm. Siyasət siyasət olaraq qalır və idmanla heç bir əlaqəsi yoxdur.

- Uğurlu mövsüm keçirirsən. AZAL-ın da yaxşı sürət yığdığı hiss olunur...
- Komandamız ötən il də ev oyunlarında uğurlu çıxışedirdi. İndi AZAL altıncı pilləyə yüksəlib. Bu, bütöv komandanın zəhmətinin, əziyyətinin nəticəsidir. Mövsümün əvvəlindəki çıxışımızla indiki arasında fərq var. Bu da yayda komandamızın demək olar ki, sıfırdan qurulmasından irəli gəlir.

- İştah diş altındadır. Avrokuboklara düşmək istəyiniz var?
- Hələ qarşımızda belə bir hədəf yoxdur. Qarşımıza elitada qalmaq hədəfini qoymuşdular. Amma yedikcə, iştah da artır. Avrokuboklara düşməyimiz daha yaxşı olardı. Biz indi layiqli oyun sərgiləyirik. Təbii ki, avrokuboklardan da heç birimiz imtina etmək istəmirik. Lakin qarşımıza "Qarabağ" və "Qəbələ" kimi yüksək hədəflər qoyulmayıb.

- Azərbaycanda daha nə qədər çıxış etmək fikrindəsən?
- Mayın 21-də son turun oyunları keçiriləcək. Müqaviləmin müddəti başa çatacaq. Amma necə olacağını hələ bilmirəm. Təklif olsa, baxacağam. Bu gün üçün heç bir təklif yoxdur.

- AZAL da müqavilənin müddətini artırmaq təklifi etməyib?
- Hələ danışığımız olmayıb. Fikrimcə, hər şeyi mövsümün sonunda müzakirə edəcəyik. Hələ sakitlikdir. İndi bizə ancaq məşq etmək, oynamaq lazımdır.

- Azərbaycan qalmağın əleyhinə deyilsən?
- Artıq bu ölkəyə alışmışam, çempionatı yaxşı tanıyıram. Bu üzdən də özümü burada çox rahat hiss edirəm. Buradan təklif olsa, qalardım. Olmasa, fərqli təkliflərə baxmalı olacağam. Karyeramı Azərbaycanda davam etdirmək arzum var. Amma nəyin necə olacağını mayda biləcəyik.

- Azərbaycanda futbolun səviyyəsinə necə qiymət verərdin?
- Səviyyə heç də pis deyil. Yığma komanda son dövrlər yaxşı çıxış edir. "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmşdd. Turnir cədvəlində çox böyük sıxlıq var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.