6 aprel 2016 16:20

Tural Nərimanov: AZAL yenilgisini yaxşı nəticə ilə unutdurmaq istəyirik

“Məşqlərimiz öz axarı ilə davam edir. Hazırlığımız yaxşı gedir, üzərimizə düşəni edib, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırıq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib.

Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının 29-cu turunda komandasının qarşılaşacağı “Qarabağ” ilə oyun öncəsi klub saytına açıqlama verib: “Ötən turdakı məğlubiyyət bizim üçün gözlənilməz oldu. AZAL yenilgisini yaxşı nəticə ilə unutdurmaq istəyirik. Bütün hazırlığımız buna hesablanıb”.
 
Klub tərəfindən son günlər cəbhədə baş vermiş hadisələr səbəbindən şəhid olan hərbçilərimizin əziz xatirəsi anılıb, komandanın heyətində olan xarici futbolçulara vəziyyətlə bağlı dolğun xəbərlər verilib. Nərimanov da yaşananlara münasibət bildirib: “Təbii ki, düşmən tərəfinin addımlarını pisləyirik. Bir tərəfdən igid oğullarımızın şəhid olmasına üzülürüksə, digər tərəfdən onların qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etməsi bizi sevindirir. Əsgərlərimizin sayəsində futbol oynayırıq, onların döyüşdəki qələbələri bizi daha da ruhlandırıb. Mən özüm hərbi xidmətdə olmuşam, futbolçu olmağıma baxmayın, biz də əsgərik. Hər zaman döyüşməyə hazırıq. Vəziyyətlə bağlı legioner olan komanda yoldaşlarımıza da xəbərlər vermişik. Qoy onlar Azərbaycan həqiqətlərini bilsinlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.