6 aprel 2016 14:20
Çernomoretsin qapıçısı: Azərbaycandan aldığım təklif iddialarımla üst-üstə düşmürdü
Ukraynanın "Çernomorets" klubunun sabiq qapıçısı Yuri Martışuk bu mövsümün əvvəlindən işsiz qalsa da, Azərbaycandan aldığı təklifi qəbul etməyib. Azerisport.az xəbər verir ki, o, bununla bağlı açıqlamasında bildirib:
"Artıq 29 yaşım var və mən inkişaf etməliyəm. Geriyə addım atmağa haqqım yoxdur. Çünki bundan sonra onu unutdurmağa vaxtım olmayacaq. Bu yaxınlarda mənə Azərbaycan və Moldovadan rəsmi təkliflər var idi. Amma həmin təkliflər mənim iddialarım ilə üst-üstə düşmürdü".
