6 aprel 2016 12:30
Məşhur ingiltərəli futbolçu Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib
Böyük Britaniyanın ən tanınmış futbolçularından biri Toni Adams Avropa-Azərbaycan Cəmiyyətinin yığıncağında iştirak edərkən deyib ki, Azərbaycanda yaşayıb və işləyib, eləcə də Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalmış bir kəndinə baş çəkib. Azerisport.az xəbər verir ki, o, "Trend"ə açıqlamasında bunları bildirib:
"Ötən illər ərzində xeyli əziyyət çəkmiş insanların hazırda ölməsi, yaralanması və yaşadıqları yerləri yenidən tərk etmələri faciədir".
Qeyd edək ki, T.Adams "Qəbələ"nin idman direktoru olub.
