Mirhüseyn Seyidov: İnterin yaxşı kollektivi var, bunu qorumalıyıq
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov komandasının avrokuboklarda iştirakdan məhrum edilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu cəzaya baxmayaraq, biz öz işimizi davam etdiririk. Çempionat oyunlarında mümkün qədər yaxşı çıxış etmək istəyirik. Bu barədə uşaqlarla öz aramızda söhbətimiz olub, rəhbərliklə də görüşmüşük. Belə bir fikrə gəlmişik ki, avrokuboklara buraxılsaq da, buraxılmasaq da, bu mövsüm çempionatda yüksək yerlərdən birini tutmalıyıq. Yüksək yeri indi tutmağımız daha yaxşıdır ki, gələn mövsüm üçün heç bir narahatlığımız qalmasın. Uşaqların 70-80 faizi bunu heç də problem hesat etmir. Komanda kim qalacaqsa, vəziyyətlə barışmalı olacaq. Qorxulu heç nə yoxdur. Həyatda hər şey olur. Əsas odur ki, "İnter"in yaxşı kollektivi var. Bu kollektivi növbəti mövsüm üçün qorumaq lazımdır ki, yeni ilə daha uğurlu hazırlaşaq".
