6 aprel 2016 00:25

Hacı Əhmədov: Avropa Liqasına vəsiqə qazana bilərik

AZAL-ın yarımmüdafiəçisi Hacı Əhmədovun azerisport.az saytına müsahibəsi

- Son turda "Kəpəz"ə 3:0 hesabıyla qalib gəlsəniz də, rəqib futbolçular pis oynamadıqlarını, sizin isə müdafiədə oturub, onların səhvlərini güddüyünüzü iddia edirlər...
- Biz sadəcə, öz oyunumuzu sərgilədik. Bizim də səhvlərimiz oldu. Amma "Kəpəz"in səhvlərindən yaxşı yararlandıq və lazım olan qolları vurduq.

- Çox az adam belə bir nəticənin qeydə alınacağını gözləyərdi. Şəxsən siz bunu gözləyirdiniz?
- Komanda hər oyunda meydana qələbə üçün çıxır. İstəyimizə çatdıq. Etiraf edim ki, hesab 2:0 olarkən matçın elə də bitəcəyini gözləyirdim.

- AZAL-da ilk qolunuz eyni zamanda çox gözəl alındı...
- Nə deyə bilərəm? Şadam ki, qol vurdum, komandama faydalı oldum. Bəli, bu, mənim vurduğum ilk qol idi. Bu da sevinci ikiqat artırır. Ümid edirəm ki, davamını gətirə biləcəyəm.

- Son qələbələrinə rəğmən, AZAL hələ də güclü rəqib hesab olunmur. Sizcə, bu, nə ilə bağlıdır?
- Buna heç fikir vermək də istəmirəm. Amma mənə elə gəlir ki, artıq bizə əvvəlki kimi sıradan bir komanda kimi yanaşmırlar. Biz öz gücümüzü göstəririk, nəticəmizi qazanırıq.

- Avropa Liqasına vəsiqə qazanmaq barədə ciddi düşünürsünüz?
- Hələ bu barədə danışmağımız tezdir. Nəyin necə olacağını zaman göstərəcək.

- Qarşıdakı "İnter"lə oyundan nə gözləyirsiniz?
- Oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmaq istəyirik. İndi bütün diqqətimiz Premyer Liqaya yönəlib. Hər şey uğurlu alınsa, Avropa Liqasına vəsiqə qazana bilərik.

- Sizə elə gəlmir ki, avrokuboklara buraxılmayacağı dəqiqləşən "İnter" motivasiyasız olacaq?
- Bizi ancaq qələbə narahat edir. "İnter"də vəziyyətin necə olmasını isə mən deyə bilmərəm.

- Bəs sizin sabiq klubunuz - "Qarabağ"ın çempionluğu barədə nə düşünürsünüz?
- Sona hələ var. Futbolda hər şey ola bilər. Əlbəttə, real baxsaq, çempionluğa ən real namizəd "Qarabağ"dır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.